Ayətullah Rəisinin OPEK baş katibinin təbrik mesajına yazılı cavabı

Qafqaztimes xəbər verir ki, Kazim Qəribabadi İran İslam Respublikasının Vyanada Beynəlxalq Təşkilatlardakı Səfiri və Daimi Nümayəndəsi, bu ölkənin yeni prezidenti Ayətullah Seyid İbrahim Rəisinin OPEC Baş Katibinin təbrik mesajına yazılı cavab verdiyini açıqlayıb.

O, bu barədə öz twitter hesabında yazıb: “Prezident cavab olaraq, OPEC Katibliyinin son iki ildə neft bazarının sabitliyini qorumaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirdi və OPEC-in Baş Katibinə və həmkarlarına uğurlar arzuladı.”

Yeni prezidentin andiçmə mərasiminin 14 Avqust Cümə axşamı günü saat 17:00-da İslami Şura Məclisində keçirilməsi planlaşdırılır.İndiyə qədər 10 dövlət başçısı, 20 parlament spikeri, 11 xarici işlər naziri, 10 digər nazirlər, xüsusi elçi, vitse-prezidentlər və nümayəndə heyətləri də daxil olmaqla 73 ölkədən 115 dövlət rəsmisi andiçmə mərasimində iştirak etməyə hazır olduqlarını bildirib.

Related posts

Barzani Türkiyədə kürd probleminin həllini müzakirə etmək üçün Türkiyəyə gedib.

Əraqçı: Müqavimət məktəbinin əsas silahı şəhid qanıdır və bu, düşmənlərimizin dərk etmədiyi bir şeydir

Livan: İsrailin cənubdan çıxması üçün 60 günlük müddəti uzatmayacağıq