Ayətullah Amili: Baydenin regiona səfəri Amerikanın hegemonluğunu sındırdı

QafqazTimes xəbər verir ki, Ayətullah Seyid Həsən Amili bu həftəki cümə namazı xütbələrində Baydenin Səudiyyə Ərəbistanına son səfərini təhlil edərək deyib: “Baydenin bölgəyə səfəri Amerika hökumətinin zəifliyini və tənəzzülünü ortaya qoydu, çünki Bayden bu səfər zamanı heç bir hədəfinə çatmadı.”

O, əlavə edib: “Baydenin bu səfərdə məqsədlərindən biri Səudiyyə Ərəbistanı tərəfindən neft hasilatını artırmaq idi, lakin Səudiyyə Ərəbistanı elan etdi ki, gündəlik 13 milyon bareldən çox neft hasil edə bilməyəcək, ona görə də ABŞ Rusiyanın ucuz neftinin bazara daxil olması üçün limit təyin etməli oldu. Bu, Amerika üçün həqiqətən utancverici idi, çünki sanksiyalar altında olan Rusiya neftinin əsas alıcıları Çin və Hindistandır və onlar heç vaxt Amerikaya tabe olmayacaqlar.”

Vəli Fəqihin Ərdəbildəki nümayəndəsi belə davam edib: “Amerika özünü o qədər itirdi ki, sığorta şirkətlərinin Rusiya neft gəmilərini sığortalamaq hüququna malik olmaması göstərişini verdi və məhz bu, yanacağın qiymətinin qalxmasına səbəb oldu. İndi Avropa və Amerika çox ciddi inflyasiya ilə üz-üzədir. Halbuki Rusiya keçən ilə nisbətən bu il daha çox neft sata bilib.”

Ayətullah Amili həmçinin bildirib: “Baydenin bu səfəri zamanı bütün səyləri Amerika yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin qalxmasının qarşısını almaq idi ki, növbəti seçkidə qalib gələ bilsin, lakin onun şanssızlığı üzündən Səudiyyə Ərəbistanı 1 milyon barel əlavə etməkdən imtina etdi və beləliklə ABŞ-da benzinin qiymətləri daha da artdı. Bütün analitiklər deyirlər ki, Amerikanın hegemonluğu bu səfər zamanı sındırıldı.”

O, həmçinin qeyd edib: “Baydenin ikinci məqsədi ərəblərlə İrana qarşı hərbi ittifaq yaratmaq idi, yəni ərəb NATO-su, lakin İranın qüdrəti o qədər artıb ki, heç bir ölkə bu ittifaqda iştirak etmək istəmədi. Bin Salman da buna reaksiya olaraq dedi ki, Bizim İsraillə heç bir müdafiə ittifaqımız olmayacaq! Qəribədir ki, bu səfər zamanı Bayden ərəb ittifaqından danışdı, amma Səudiyyə Ərəbistanı dedi ki, bizim İrana qarşı ittifaqımız yoxdur! Bu, Amerika üçün ən pis və ən alçaldıcı vəziyyət idi.”

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq