Ayətullah əl-üzma Seyid Əli Xameneidən yeni sual cavablar

Qafqaztimes xəbər verir ki, Ali Rəhbər Ayətullah əl-üzma Seyid Əli Xameneinin dəftərinin informasiya agentliyi Ali Rəhbərin “Geyim və irsdə xüms” və “isticari namaz və oruc” mövzusunda yeni hökmlərini dərc edib.

Dərc edilən sual və cavabların mətni belədir:

Gələcək üçün alınan paltarların xümsü

Sual: İllik gəlirimdən övladlarıma münasib olan paltarlar almışam, lakin hazırda ölçüləri uyğun deyildir. Xumsi ilində onların xümsünü verməliyəmmi?

Cavab: Xümsu verilməlidir.

İrsin əlavə dəyərinin xümsu

Sual: İyirmi ildən sonra mənə irs qalan torpağımı satmışam, indi onun əlavə dəyərinə xüms düşürmü?

Cavab: Torpağı mənfəət və qiymət artımı niyyəti ilə saxlamamısınızsa, xümsü yoxdur. Əks halda satışdan sonra vacib ehtiyata əsasən, onun əlavə dəyəri ilin gəlirindən hesablanacaq və əgər ilin sonunda əldə qalarsa xümsu verilməlidir.

İsticari namaz və oruc

Sual: Boynunda öz namaz və orucu olan şəxs dünyasını dəyişmiş şəxsin namaz və orucunu yerinə yetirə bilərmi?

Cavab: Namazda heç bir maneəsi yoxdur. Həmçinin orucu da muzd müqabilində öhdəsinə götürsə, eybi yoxdur, lakin muzdsuz və pulsuz olaraq tutmaq istəsə, vacib ehtiyata əsasən düzgün deyildir. Təbii ki, böyük oğul istənilən halda atasının orucunu tuta bilər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya