Axios: Netanyahu-Bayden telefon söhbəti çox gərgin keçdi

Amerikanın Axios xəbər portalı ABŞ prezidenti ilə İsrial baş naziri arasında baş tutan telefon söhbətinin çox gərgin keçdiyindən xəbər verib.

Əl Aləm telekanalının məlumtına əsasən, ABŞ Prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Məlumata görə, 50 dəqiqə çəkən bu telefon danışığı zamanı tərəflər İranın İsrailə və İsrail xalqına qarşı açıq təhdidlərini müzakirə ediblər. Amma Co Bayden danışıqdan sonra çox əsəbi olub.

ABŞ lideri Qəzza zolağında humanitar işçilərə hücumların qəbuledilməzliyini vurğulayıb, eləcə də sözügedən bölgədə ümumi humanitar vəziyyətə diqqət çəkib. Co Bayden bildirib ki, İsrail mülki şəxslərə və humanitar işçilərə mümkün zərərin qarşısını almaq üçün konkret addımlar atmalıdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib