Axios Baydenin planı zəminində Həmasa təzyiqləri ifşa etdi

Axios Baydenin planı zəminində Həmasa təzyiqləri ifşa etdi

Amerikanın Axios qəzeti sionist rejim rəsmilərinə istinadən yayımladığı xəbərdə ABŞ, Qətər və Misirin Həmasa təzyiqləri barədə məxfi məlumat yayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Axios bu gün (13 iyun) yazıb ki, ABŞ, Qətər və Misir prezident Baydenin Qəzzədə atəşkəs barədə planını dəyişiklik etmədən qəbul etdirmək üçün Həmasa təzyiqlər göstərirlər.

İsrail müxbiri Barak Ravid Axiosa müsahibəsində deyib ki, Amerika, Misir və Qətər arasında bu xüsusda razılaşma olub. Belə ki, Co Baydenin təklif etdiyi plan heç bir dəyişiklik edilmədən icraya qoyulsun və o zamana qədər heç bir nümayəndə heyəti Qahirə və Dohaya getməsin.

Həmas ABŞ prezidenti Co Baydenin Qəzzədə atəşkəs məsələsini həll etmək üçün təklif etdiyi planda onlarla dəyişiklikdən sonra qəbul edəcəyini bildirib.

Ravid iddia edib ki, Həmasın təklif edilən plana islahatı razılaşmanın inkişafına manedir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib