Axios portalı ABŞ rəsmilərinə istinadən bu gün (8 iyun) Amerikanın yardımları sayəsində 4 israilli girovun azad olunmasından xəbər verir.
İRNA-nın məlumatına əsasən, Axios yazıb ki, Amerikanın köməyi olmasaydı 4 israilli girov azad olmayacaqdı.
Qeyd edək ki, sionist rejim mediaları bu gün (8 iyun) Əl Nuseyrat düşərgəsinə qanlı hücum zamanı 4 israilli girovun azad olunduğunu iddia edib.
Bu məlumat hələ Həmas rəsmiləri tərəfindən təsdiqlənməyib.
Əl Cəzirə telekanalının məlumatına görə, 4 israilli girovun Əl Nuseyratda azad olunması üçün sionist rejimin bir neçə ali rütbəli zabiti həlak olub. İsrail polisi zabitlərdən birinin Arnun Zamura olduğunu təsdiqləyib.