Avtomobilin binaya çırpılması nəticəsində böyük yanğın baş verib. Bina alovlara bürünüb. Hadisə ABŞ-ın paytaxtı Vaşinqtonda baş verib.
Hadisə nəticəsində azı 14 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.
Daha altı şəxsə hadisə yerində tibbi yardım göstərilib.
Yanğın artıq söndürülüb, ancaq binanın strukturuna ciddi ziyan dəyib.
Polis qəzanın səbəblərini araşdırır.