Avtomobili polisin üzərinə sürən şəxslə bağlı qərar verildi (Video izlə)

Bakıda qaydaları kobud şəkildə pozan sürücülərin videosu ərazidəki təhlükəsiz şəhər kamerasına düşüb.

90-TG-550 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü martın 8-də paytaxtın Neftçilər prospektində (Bakı İdman Sarayının qarşısında) əks istiqamətə çıxaraq nəqliyyat vasitəsini qarşıdan gələn maşınların üzərinə sürüb.

Ərazidə xidmətdə olan yol polisi əməkdaşı avtomobilin qarşısını kəsərkən, sürücü və sərnişin onunla mübahisə etməyə başlayıb. Qarşıda əyləşən xanım sərnişinin qərəzli hərəkətləri kamera görüntülərində aydın şəkildə əks olunub.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Mübariz Ağayev bildirib ki, yayılmış görüntüyə baxış keçirilib:

“Bildirmək istəyirəm ki, martın 8-də paytaxtın Neftçilər prospektində yol hərəkəti qaydasını pozan 90-TG-550 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü törətdiyi xətaya uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb edilib”.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO