Avtomobil sənayesində yeni dövr: İnsanabənzər robotlar iş başında – FOTO

Çinin avtomobil sənayesində yeni era başlayır. Belə ki, artıq zavodlarda insanabənzər robotlar çalışır.

Bu məqsədlə “Dongfeng” və “Ubtech Technology” şirkətləri razılığa gəliblər.

Məlumata görə, “Walker S” adlı robot-android təhlükəsizlik kəmərlərini və qapı qıfıllarını yoxlayacaq, gövdələrin qaynaq keyfiyyətinə nəzarət edəcək. Bundan əlavə, o bəzi fiziki tapşırıqları özü yerinə yetirəcək: məsələn, mühərrik yağı tökəcək və müxtəlif etiketlər yapışdıracaq. O həmçinin, elektronika ilə işləyə biləcək.

Qeyd olunur ki, “Walker S” 1,7 metr hündürlükdə sənaye sinifli robotdur, proporsiyaları insanı xatırladır. Sensor imkanları sayəsində robot ətraf mühiti qavramaq, obyektlər və insanlarla qarşılıqlı əlaqədə olmaq qabiliyyətinə malikdir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi