Avtobusun yolunu kəsən meyxanaçı Balaəli cərimələndi (Video izlə)

Məşhur meyxanaçı Balaəli yolun hərəkət hissəsində avtomobilini saxlayaraq mağazaya gedib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən məlum olur ki, Balaəli idarə etdiyi “Range Rover” markalı avtomobilini saxlayarkən, arxada marşrut avtobusunun olmasına və onu gözlətməsinə əhəmiyyət verməyib. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a meyxanaçının bu hərəkətinin məsuliyyətsizlik olduğunu deyib:

“Təbii ki, bu hərəkət məsuliyyətsizlikdir. Hər zaman demişik, bu cəmiyyətdə azdan-çoxdan tanınanlar nümunəvi hərəkətlər etməyə çalışmalıdırlar. Avtobusda gözləyənlər də bizim vətəndaşımızdır, onu yersiz yerə gözlətdirən də… Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də qara “Range Rover” sürənə bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir. Bunun üçün ətrafdakılara hörmətlə yanaşmaq lazımdır”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir