Avtobusu saxlayıb namaz qıldı – Rəsmi AÇIQLAMA + VİDEO

Avtobus sürücüsü nəqliyyat vasitəsini kənarda saxlayıb və namaz qılıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, avtobus sürücüsünün bu hərəkəti birmənalı qarşılanmayıb.

“BakuBus” MMC-dən bildirilib ki, görüntü qurumun istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib:

“Daxil olmuş videogörüntü əsasında daxili araşdırma aparıldı. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəqiqə) dini ibadətini yerinə yetirib. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmayıb”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir