Avtobus gözləyən məktəblilər güllə yağışına tutuldular: ABŞ küçələri ölüm saçır – VİDEO

ABŞ-ın Filadelfiya şəhərində dayanacaqda avtobus gözləyən orta məktəb şagirdləri güllə yağışına tutulublar.

Bu barədə yerli polis idarəsindən məlumat verilib.

Bildirilib ki, 15-17 yaş arasında səkkiz məktəbliyə 30-dan çox atəş açılıb. Yaralılardan birinə doqquz güllə dəyib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qalan yaralıların – altı oğlan və bir qızın vəziyyəti stabildir.

Polis atəş açan üç naməlum şəxsin axtarışlarına başlayıb.

Yerli medianın məlumatına görə, bu, Filadelfiyada avtobus dayanacağında dörd gündə dördüncü atışmadır, onlardan üçü ölümlə nəticələnib. Bir gün əvvəl analoji hadisə zamanı 17 yaşlı oğlan həlak olub, daha dörd nəfər – iki azyaşlı və iki yetkin qadın yaralanıb.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)