Avstraliyada xəstəlik daşıyan minlərlə siçovul şəhərə hücum edib (Video izlə)

Avstraliyanın Kvinslend ştatının Karumba şəhərində vəba da daxil olmaqla bir çox xəstəlik daşıyan gəmiricilər hücuma keçib.

Məlumata görə, onlar maşınlara və binalara hücuma keçir, əkinləri məhv edir, insanlardan isə qətiyyən qorxmurlar. Həmçinin çimərlik, küçələr, səkilər, həmçinin dəniz suları siçovul meyitləri ilə doludur.

Bundan əlavə, qonşu Uinton şəhərində siçovulları yeməyə gələn çalağan quşlarının sayında artım müşahidə olunub. Quşların sayının kəskin artması səbəbindən yerli hava limanının əməkdaşları onları silahla qorxutmalı olurlar.

Şahidlərin sözlərinə görə, Karumbadan 350 km cənubda küçələrdə milyonlarla ölü siçovul var. Hər ölü siçovulu üç-dörd siçovul gəmirir.

Kvinslend ştatının özündə vəba daşıyan siçovullarla mübarizə bir neçə aydır ki, davam edir və yağışlı mövsüm, bol məhsul onların çoxalması üçün ideal şərait yaradır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi