Avstraliya sionist rejimin keçmiş nazirinə viza vermədi

Avstraliya sionist rejimin keçmiş nazirinə viza vermədi

Avstraliya hökuməti “ölkə vətəndaşlarının emosiyalarını qıcıqlandırdığı üçün” sionist rejimin keçmiş naziri və Knesset üzvünə ölkəyə daxil olması üçün viza verməyib.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin Maariv qəzeti bu gün (21 noyabr) yazıb: İsrailin keçmiş naziri və Knesset üzvü Aylet Şakedin Avstraliyaya girişinə icazə verilmədi.

Times İsrael internet portalı da bu xəbəri təsdiqləyərək Avstraliya medialarına istinadən yazıb ki, Aylet Şakedin Avstraliyaya girişi ölkə vətəndaşlarının emosiyalarını qıcıqlandıra biləcəyi ehtimalı ilə maneələrlə üzləşib və o, bu ölkəyə səfər edə bilməyib.

Qeyd edək ki, Avstraliya konstitusiyasına əsasən, ölkə vətəndaşlarının bir hissəsinin emosiyalarına zərbə vura biləcək insanların oraya girişi qadağandır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib