Avstraliya Fələstin dəstəkçilərinin qorxusundan beynəlxalq müsabiqələrə ev sahibliyi etməyəcək

Avstraliya Fələstin dəstəkçilərinin qorxusundan beynəlxalq müsabiqələrə ev sahibliyi etməyəcək

Sionist rejimin 12-ci kanalı Fəslətin dəstəkçilərinin mitinq və etriaz aksiyalarının qorxusundan Avstraliyanın beynəlxalq idman yarışlarına ev sahibliyindən imtina etməsindən xəbər verirlər.

İRNA-nın bugünkü (6 yanvar) məlumatına əsasən, 12-ci kanal elan edib: Avstraliya bu ilin aprel ayında İsrail hokkeyçilərinin də iştirak edəcəyi Milbornda Beynəlxalq Hokkey yarışlarına ev sahibliyi edəcəkdi. Amma Fələstin xalqına dəstək aksiyaçılarının qorxusundan rəsmi olaraq ev sahibliyi etməkdən imtina edib.

Qeyd edək ki, sionist idmançılar Fələstin xalqına dəstək aksiyaçılarının təzyiqləri sayəsində İngiltərənin Beynəlxalq “Norofolk” çəmən boulinqi müsabiqəsində iştirak etməyəcək. Amnon Amar, İtay Rigbi və Daniel Alonim adlı israilli idmançılar 2025-ci il yanvar ayında müsabiqədə iştirak edəcəkdi. Amma Beynəlxalq Boulinq Təşkilatının münsiflər heyəti bəzi təzyiqlərə əsasən, onların iştirakını ləğv edib.

Related posts

Livan: İsrailin cənubdan çıxması üçün 60 günlük müddəti uzatmayacağıq

İsrail rejiminin səması bizim üçün açıq və müdafiəsizdir/İran böyük və mürəkkəb döyüşlərə hazırdır

Misir Yəmənə hücuma hazırlıq elanı xəbərini təkzib etdi