Avropanın ən hündür vulkanı oyandı – VİDEO

Siciliyadakı Etna vulkanı lava püskürməyə başlayıb.

Bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat verib.

“Müşahidə etmək olar ki, kraterdə aktivlik daha da güclənib və hazırda o lava püskürür”, – institutun bəyanatında deyilir.

Etnanın fəaliyyəti nəticəsində havaya beş kilometr hündürlükdə kül buludu qalxıb.

Xatırladaq ki, Etna Avropanın fəaliyyətdə olan ən hündür vulkanıdır. Onun hündürlüyü 3357 metrdir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi