Avropadan Təl-Əvivə etiraz: Şərqi Qüdsdə tikintini dayandırın

QafqazTimes xəbər verir ki, Fransa, Almaniya, İtaliya və İspaniyanın xarici işlər nazirləri çərşənbə günü axşam İsrail rəsmilərini Şərqi Qüdsdə yeni yaşayış binalarının tikintisini dayandırmağa çağırıblar.

Bu ayın əvvəlində sionist rəsmilər işğal olunmuş Qüdsün şərq hissəsində 3500-ə yaxın sionist yaşayış məskəni tikmək layihəsini təsdiqləyiblər ki, bunun da təxminən yarısı Givat Hamatos və Har Homa kimi gərgin bölgələrdə tikilməsi planlaşdırılır.

“Reuters”in məlumatına görə, Avropa ölkələri bu bəyanatda Fələstin dövləti yaradılması istiqamətində beynəlxalq sülhün səylərinə istinad edərək, yüzlərlə yeni binanın iki dövlətli həll yoluna əlavə maneə olacağını bildiriblər.

Onlar bölgədəki tikintinin İordan çayının qərb sahili ilə Şərqi Qüdsün əlaqəsini daha çox kəsəcəyini və bu yaşayış məntəqələrinin beynəlxalq hüquqa zidd olduğunu bildiriblər.

Reuters-in məlumatına görə, sionist rejim 1967-ci il müharibəsində qədim şəhər də daxil olmaqla Şərqi Qüdsü işğal etmiş və sonra onu işğal olunmuş Fələstinin digər bölgələrinə birləşdirmişdir ki, bu da beynəlxalq səviyyədə qəbul edilməmişdir.

Almaniya, Fransa, İtaliya və İspaniyanın xarici işlər nazirləri eləcə də fələstinlilərin evlərindən məcburi təxliyəsi və Şərqi Qüdsdəki Şeyx Cərrah məhəlləsinin sökülməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Qəzza Qəssabı dünyanı xilas edəcək?