Avropada qocalar evində atışma olub: Ölənlər var – FOTO

Xorvatiyanın Daruvar şəhərində bir nəfər qocalar evinə atəş açıb, nəticədə beş nəfər ölüb.

Bu barədə Xorvatiya Radio və Televiziyası məlumat yayıb.

“Rəsmi olaraq təsdiqlənməmiş məlumata görə, bir nəfər qocalar və əlillər evinə girərək insanlara atəş açmağa başlayıb, beş nəfər yerindəcə ölüb, qalanlarına tibbi yardım göstərilir”.

Yerli media hücumçunun artıq saxlanıldığını iddia edir. Xorvatiya Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi