Avropa İttifaqı Yəmənin Ənsarullah hərəkatını qara siyahıya salıb

QafqazTimes xəbər verir ki, Avropa İttifaqı Yəmənin Ənsarullah hərəkatını qara siyahıya salıb.

“Əş-Şərq Əl-Əvsət” qəzetinin verdiyi məlumata görə, Avropa Birliyi Yəmənin Ənsarullah hərəkatını Səudiyyə Ərəbistanına son hücumlarından sonra “qara” siyahıya əlavə edərək üzvlərinin bank hesablarını dondurmaq və onların pul köçürmələrini qadağan etmək qərarına gəlib.

Aİ-nin “qara siyahısı” 2014-cü ildə Yəmən müharibəsinə qarşı sanksiyalara görə yaradılıb.

Yəməndə istefa vermiş hökumətin Xarici İşlər Nazirliyi verdiyi bir açıqlamada AB-nin qərarını alqışlayaraq deyib: “Bu qərar Hüsilərin fəaliyyəti ilə bağlı mühüm faktları əks etdirir.”

Ənsarullah AB-nin son qərarı ilə bağlı hələlik heç bir rəsmi reaksiya və ya açıqlama verməyib.

Bundan əlavə bazar günü Ərəb Liqası Nazirlər Şurasının Katibliyi də bu hərəkatın adının “terror aktlarının icraçıları, planlaşdırıcıları və maliyyəçiləri” adlı qara siyahıya salınmasına razılıq verib.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)