Avropa İttifaqı X platforması qarşısında qanun qılıncını çəkdi

🔹The New York Times: Avropa İttifaqı rəsmiləri X sosial media platformasına qarşı 1 milyard dollardan çox ağır cərimə hazırlayır.

🔹Dörd mənbənin məlumatına görə, bu tədbir qanunsuz məzmun və yalançı məlumatlarla mübarizə məqsədilə qəbul edilmiş yeni qanunun pozulması səbəbi ilə həyata keçirilir.

🔹Mənbələr bildirib ki, cərimə yalnız pul cəzası ilə məhdudlaşmayacaq, platformanın strukturunda və məhsullarında dəyişikliklər tələb edən əmrlər də daxil olacaq.

🔹Lakin Avropa rəsmiləri bu cərimənin siyasi nəticələrindən də narahatdır. X platformasının sahibi Elon Maskın Donald Trampla yaxın əlaqələri var və ona qarşı hər hansı bir tədbir Avropa ilə ABŞ arasında siyasi gərginliyin artmasına səbəb ola bilər.

Qafqaztimes

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib