Avropa İttifaqı Şurası İrana yeni sanksiya qoydu

Avropa İttifaqı Şurası bu gün (20 iyul) bir daha İran İslam Respublikasının Ukrayna əleyhinə Rusiyaya dəstək verməsini bəhanə edərək Avropadan təmin edilən dron ehtiyat hissələrinin satılmaması haqda qərar qəbul edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Brüsselin yeni sanksiya paketində həmçinin İranda dron istehsalında rolu olan hər hansı bir şəxs yaxud ona dəstək verənlərin Avropaya səfərinə də qadağa qoyulub.

Avropa İttifaqı şurası eləcə də bu zəmində rolu olan Həmidrza Şərifi Tehrani, Əlirza Təngsiri, Möhsün əsədi, Məhəmməd Rza Məhəmmədi və Məhəmməd Sadiq Heydəri kimi şəxsiyyətlərə sanksiya tətbiq edib. Həmçinin Suriya havadan müdafiə sistemlərinə dəstək ittihamı ilə Firudin Məhəmmədi Səqqaini də sanksiya edilənlər sırasında qeyd edib.

Qeyd edək ki, iqtisadi sanksiyalar, təcrid etmək üçün maksimum təzyiq, psixoloji əməliyyatlar, media müharibəsi, mədəni hücum, daxili sabitliyi pozmaq cəhdləri və bölgədə terrorizmin baş qaldırması, düşmənin İran İslam İnqilabı ilə mübarizəsinin bir hissəsidir.

Related posts

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi

Hollandiya İsrail rejiminin səfirini çağırıb

Türkiyə İsraillə məxfi danışıqlar aparır