Avropa İttifaqının xarici siyasət üzrə yetkilisi Fələstin müqavimətinin Məscidül Əqsa uğrunda ardıcıl əməliyyatlarından sonra sionistlərlə həmrəy olduğunu elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Cizef Borrel sionist cinayətlərinə cavab olaraq Fələstin müqavimət qruplarının əməliyyatlarına reaksiya olaraq “X” sosial media hesabında yazıb: İsraildən aldığım narahatedici informasiyaları izləyirəm. Açıq-aşkar Həmasın bu hücumlarını pisləyirəm. Bu dəhşət və kobudluqların qarşısı alınmalıdır. Terrorizm və kobudluqla heç bir problem həll olunmaz”
Avropa Şurasının sədri Şarl Mişel də bu gün səhər (7 oktyabr) Həmasın İsrail rejimi ilə konfliktinin başa çatmasını, bu kimi əməliyyatları pislədiyini elan edib.
Həmasın qolu olan Əl Qəssam batalyonlarının baş komandanı Məhəmməd Əl Zeyf bu gün səhər elan edib: “Əl Əqsa Tufanı” əməliyyatları başladı. İlk növbə düşmən mövqelərinin ən önəmli hava limanları və hərbi bazaları 5 mindən çox raketlə vuruldu. İlkin əməliyyatlarda Qəzzə zolağında olan düşmən mövqelərinə nüfuz edildi, sionistlər əsir götürüldü və hərbi sursatları müsadirə edildi.