Avropa İttifaqı Haaqa məhkəməsinin son qərarına reaksiya verdi

Avropa diplomatiyasının rəhbəri Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejim barədə verdiyi son qərarına reaksiya verərək deyib: Avropa İttifaqı İsrail və beynəlxalq təşkilat arasında birini seçmək məcburiyyətindədir.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Cozep Borrell bu gün (24 may) Cənubi Afrikanın tələbi əsasında sionist rejimin Qəzzədə törətdiyi cinayətlər əleyhinə Haaqa məhkəməsində verilən qərara münasibət bildirərək deyib: Biz ya beynəlxalq təşkilatların rəyini dəstəkləməli, yaxud da İsrailə arxa durmalıyıq. Bu iki mövqedən birini seçmək məcburiyyətindəyik.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Cənubi Afrika İsraili Qəzza zolağında soyqırımda ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsində bu ölkəyə qarşı iddia qaldırıb. Yanvarın 26-da Haaqa məhkəməsi ehtiyat tədbirləri çərçivəsində Qəzzada soyqırımın qarşısının alınması üçün yəhudi dövlətinin bütün lazımi tədbirləri görməsinə qərar verib. Fevralın 13-də Cənubi Afrika hökuməti Rəfahdakı hərbi əməliyyatın dərhal dayandırılmasına nail olmaq üçün Haaqa məhkəməsinə təcili sorğu göndərib. Martın 6-da Cənubi Afrika Qəzzada aclığın qarşısını almaq üçün təcili ərizə ilə yenidən bu məhkəməyə müraciət edib. Bu ay Rəfahla bağlı üçüncü ərizə verilib və İsrail cinayətkar olaraq tanınıb.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib