Avropa İttifaqı ABŞ-ı tənqid edib

QafqazTimes xəbər verir ki, “Politico” xəbər saytı yazır ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından doqquz ay keçdiyi bir vaxtda, Qərb cəbhəsində Rusiya prezidenti Vladimir Putinin arzusunda olduğu ixtilaf yaratmaq prosesi artıq başlayıb.

Bu hesabata görə, yüksək rütbəli Avropa rəsmiləri Co Bayden administrasiyasına qarşı qəzəblidirlər. Onlar amerikalıları müharibədən sərvət əldə etməkdə ittiham edir, eyni zamanda, avropalıların müharibənin ağır yükünü çəkdiyinə inanırlar.

Yüksək rütbəli bir avropalı rəsmisi Amerika mediasına deyib: “Reallıq budur ki, məsələyə sağlam düşüncə ilə baxsaq, müharibədən ən çox qazanan ölkə Amerikadır, çünki daha çox qazı baha qiymətə satır, eyni zamanda daha çox silah satır.”

“Politico” həmçinin yazıb ki, digər Avropa ölkələrinin rəsmiləri, diplomatları və nazirləri tərəfindən özəl və ictimai dairələrdə bəyənilən bu kəskin bəyanatlar avropalıların Amerikaya qarşı artan qəzəbini göstərir, eyni zamanda, Kreml çox güman ki, NATO-nun müttəfiqləri arasında atmosferin zəhərlənməsindən məmnun qalacaq.

Bu AB rəsmisi Amerika və Avropanın mühüm tarixi məqamda olduğunu bəyan edərək, enerjinin yüksək qiymətinin Avropa ölkələrində Amerikaya qarşı ictimai rəyi dəyişdirdiyini bildirib.

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosef Burrell “Politico”ya müsahibəsində Amerikadan Avropa ölkələrinin narahatlığını nəzərə almasını və onlara diqqət yetirməsini istəyib. Burrell deyib: “Bizim dostumuz olan amerikalılar bizim üçün ağır iqtisadi nəticələri olan qərarlar qəbul edirlər.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib