Atlantik qəzeti: NATO 2025-ci ilə qədər süqut edə bilər

Amerikanın Atlantik qəzeti NATO-nun 2025-ci ilə qədər süqut edərək tamamilə ləğv edilə biləcəyini proqnozlaşdırıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Atlantik qəzeti Vaşinqtonun Ukrayna müharibəsində fiyaskosuna işarə edərək 2025-ci ilə qədər NATO koalisiyasının ləğv oluna biləcəyindən xəbər verib.

Atlantik yazır: Ukrayna müharibəsində Avropa ilə Amerika arasında dərin bir uçurum yaranıb. Donald Tramp da 2024-cü il seçkilərində qələbə qazanarsa, Vaşinqton Ukraynaya hərbi dəstəyini dayandıracaq. Bu isə çox az bir zamanda NATO ləğv ediləcək.

Məlumatda deyilir: Avropa və ABŞ arasında son onillikdə ilk dəfədir ki belə bir sərin münasibət müşahidə edilir və NATO yarandığı gündən indiyə qədər heç belə bir situasiya ilə qarşılaşmayıb.

Atlantik qəzeti NATO-nun dağılma səbəbinin ABŞ-ın respublikaçı popolistləri arasında fikir ayrılığı və Avropanın təhlükəsizlik məsələləri və Ukrayna müharibəsi olduğunu da qeyd edib.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək