“Associated Press” müxbiri Fələstinə dəstək tviti göndərdiyinə görə işdən qovuldu

Qafqaztimes xəbər verir ki, Associated Press-in yeni işə qəbul edilən müxbiri “Emily Wilder”, Fələstinə dəstək mesajları yaydığına görə işdən qovulub.

Vaylder “Washington Post” qəzetilə etdiyi bir telefon danışığında işdən çıxarılmasına etiraz edərək deyib: “Bu iş həqiqətən viranedicidir”

“Associated Press”-in sözçüsü Lauren Easton, Vaylderin twitter hesabında yerləşdirdiyi hansı yazının onun işdən çıxarılmasına səbəb olduğunu izah etmədən deyib: “Bizim siyasətimiz var ki, bir nəfərin ifadələri hadisəni işıqlandıran reportyorlarımız üçün təhlükəli şərait yaratmamalıdır.”

Emili Vaylder isə belə deyib: “Müxtəlif mövzularda dərin bir siyasi və şəxsi fikir sahibi olmağım o demək deyil ki, ədalətli və fakta əsaslanan jurnalistika peşəsinə yiyələnə bilmərəm.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır