“Asiya qlobal dəyişikliklərin mərkəzidir”

İran İslam Respublikası prezidenti Ayətullah İbrahim Rəisi Pekin universitetindəki çıxışında Asiya regionunu qlobal dəyişikliklərin mərkəzi adlandıraraq deyib: Bu geniş ərazisi olan regionda sülhün qorunması və daha da gücləndirilməsi zərurət daşıyır.

İRİB-nin verdiyi məlumata əsasən, İran prezidenti Çinin qədim İpək Yolu vasitəsi ilə məşhurlaşdığını və İranla əlaqələrin məhz elə İpək Yolu vasitəsilə həyata keçdiyini qeyd edərək deyib: Asiya regionu yaranan qlobal dəyişikliklərin mərkəzində olduğu üçün geniş bir ərazidə sülhün qorunması seçim deyil, bir zərurətdir.

O, İranın gücünün təhlükəsizlik yaradan bir gücü olduğunu və onun regional imkanlarının müxtəlif ölkələrdə sülh və sabitliyi dəstəklədiyini və yalnız hegemon güclərin təhlükəsi ilə mübarizə üçün istifadə edildiyini vurğulayıb və əlavə edib: “Qərbi Asiya regionunda terrorizm və ekstremizm kimi transmilli çağırışların öhdəsindən gəlmək İran İslam Respublikasının strateji nailiyyətlərindən biridir”.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya