Arxadan zərbə: Sionistlər özləri-özlərini vurur

Sionist rejim hərbçiləri İordan çayı qərb sahilinin Nablos şəhərinin cənubunda yerləşən Zətərə post-patrul keçid məntəqəsində qəsəbə sakini olan bir qadına atəş açıb onu yaralayıblar.

Təsnim İnformasiya Agentliyinin ibri dilli medialarına istinadən verdiyi məlumatına əsasən, sionist qəsəbə sakini olan bu qadın hərbçiləri bıçaqla yaralamaq istədiyi zaman onların gülləsinə tuş gələrək yaralanıb.

Digər qaynaqlar Tulul Kərəmin şərqində yerləşən Zənabə məntəqəsində fələstinli müqavimət gənclərinin sionistlərlə qarşıdurmasından xəbər verirlər.

Sionistlər Qilqiliyyənin şərq bölgəsində yerləşən Kəfər Qədum və Ramullahın şimal-qərbində Nəbi Saleh kəndində də fələstinli müqavimət gəncləri ilə toqquşmada sionist rejimin cinayətkarlığını bir daha nümayiş etdiriblər. Nəticədə 4 fələstinli yaralanıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur