Argentinada aşkar edilən yeni dinozavr növünün qalıqları nümayiş olunub – VİDEO

Argentinada aparılan qazıntılar zamanı aşkar edilən yeni tip otyeyən dinozavrın qalıqları nümayiş olunub.

Mediada bununla bağlı kadrlar paylaşılıb.

Qeyd edək ki, yanvarın ilk günlərində Pataqoniyada 93-96 milyon il əvvəl Cənubi Amerikada yaşamış uzun boyunlu və ördək dimdikli yeni otyeyən dinozavr növü aşkar edilib.

Alimlərin sözlərinə görə, “Sidersaura marae” adlandıran yeni dinozavr dördayaqlı və uzun quyruqlu olub.

Qeyd olunub ki, əslində “Rebbachisauridae” ailəsinin nümayəndələri böyük ölçüdə olmayıb, ancaq “Sidersaura marae” onların arasında ən böyüyüdür. Nəhəng heyvanın çəkisi təxminən 15 tona, uzunluğu isə 20 m-ə çatıb.

Yeni növ öz adını kəşf edilmiş quyruq sümüklərinin ulduzvari formasından alıb – “Sider” latınca ulduz deməkdir. “Sidersaura marae”nin ilk qalıqları 2012-ci ildə aşkar edilib, bundan sonra ərazidə beşillik kampaniya keçirilib.

Neuken əyalətində aparılan işlər zamanı yeni növün fosilləri ilə yanaşı, nəhəng yırtıcı “Meraxes gigas”ın qalıqları da aşkar edilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi