Argentina prezidenti Maradona ilə Messi arasında seçimini edib

Argentina Prezidenti Xavyer Miley Dieqo Armando Maradona ilə Lionel Messi arasında seçim edib.

X.Miley bildirib ki, Maradona argentinalılara unudulmaz anlar yaşatsa da, onu tarixin ən yaxşı futbolçusu hesab etmir.

“Bütün zamanların ən böyük oyunçusu Messidir. O, fenomendir”, – X.Miley qeyd edib.

Argentina prezidenti Maradonanın şəxsi həyatından da danışıb.

X.Miley deyib ki, hər bir insanın şəxsi həyatı onun özünə məxsusdur və Maradonanı bu müstəvidə tənqid etmək ədalətli deyil.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi