Argentina prezidenti əvvəl təbrik elədi, sonra hədələdi – FOTO

Argentina Prezidenti Xavyer Miley Milad bayramı münasibətilə xalqını qeyri-adi tərzdə təbrik edib.

Belə ki, o, özünün sosial şəbəkə hesabından fotosunu paylaşıb: “Bayramınız mübarək və diqqətli olun ki, kommunist olmayasınız”, – yazıb.

Dövlət başçısının paylaşdığı foto xüsusi maraqla qarşılanıb. Belə ki, fotoda Miley əlində beysbol zopası ilə poza verib.

Xatırladaq ki, qəribəlikləri ilə daim gündəmdə olan Argentinanın yeni prezidenti dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılması prosesinə başlayıb. Məlumata görə, təxminən 23 min insan eyni anda işini itirib. O, həmçinin, nazirliklərin sayını 18-dən doqquza endirməyə vəd verib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi