QafqazTimes.com Forbes-ə istinadən xəbər verir: Rusiya smartfon bazarında Apple-nin payı 11 faizə enib. Cihazın baha olması ilə yanaşı az tapılması əsas səbəblərdəndir. Xüsusilə iPhone 13 defisit olub. Mobile Research Group bildirir ki, oktyabrda 14,7 faizlə üçüncü yerdə olan cihaz reytinqini itirməkdədir. Hazırda üçlükdə Samsung, Xiaomi və Realme yer alır. Apple iPhone 13-ün istehsalını artırmaq üçün iPad-ın istehsalını dayandırıb. Müştəri iPhone 13 əldə etmək üçün ən azı 3 həftə gözləməlidir. Maraqlıdır ki, defisit qiymətin də enməsinə səbəb olub. Çətin əldəetmə iPhone 13-ə tələbatı azaldıb. Yarımkeçirici azlığı iPhone 13-ün az istehsal edilməsinin əsas səbəbidir.