Anti-sionist əməliyyatları davam edir; Sutka ərzində 10 əməliyyat

Fələstin informsiya mediaları bu gün səhər (31 avqust) Ramullahın qərbində keçirilən anti-sionist əməliyyatında 1 sionistin həlak olması və 5 nəfərəin yaralanmasından xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, ibri dilli medialar məlumat verir ki, Ramullahın qərbində yerləşən Beyt Seyra kesid postunda bir fələstinli avtomobili ilə sionist hərbçilərə hücum edib. Nəticədə bir sionist hərbçi avtomobilin altında qalaraq həlak olub və daha 5 nəfər yaralanıb.

Yayılan videoçarxlara görə bu əməliyyat sutka ərzində 5-ci anti-sionist əməliyyatıdır və daha 4 əməliyyat digər məntəqələrdə həyata keçib.

Bundan əvvəl də Nablosda soyuq və odlu silahlı əməliyyatlar qeydə alınıb. Daha bir anti-sionist əməliyyatı isə Nablosda müqavimət qruplarının bir hərbi tankla 10 sionistin tələfatına səbəbə olub.  Həmçinin bu gün səhər dəmiryol stansiyasında 17 yaşlı fələstinli bir gənc də anti-sionist əməliyyatında şəhid olub.

Related posts

Sionist rejim: Robio İsrailin sevimli dostudur

Həmas: Ramullahdakı əməliyyatımızın mesajı var idi

Qallant: Girovların azad edilməməsini Tel Əviv üçün rüsvayçılıqdır