Anti-sionist əməliyyatında 8 sionist yaralandı

Sionist rejim informasiya qaynaqları işğal  olunmuş qüdsdə intihari əməliyyat keçirən 8 sionistin yaralandığından xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, dünən işğal olunmuş Qüdsün Yafa xiyabanındakı bir sionist qəsəbəsi yaxınlığında qəsəbə sakinlərinə avtomobillə hücum olunub.

Məlumata görə bu hadisə işğalçı rejim ordusu əsgərlərinin ölümünün ildönümünə həsr olunmuş mərasim məkanının 200 metrliyində baş verib.

İşğalçı rejim radiosunun dediyinə görə İsrail rejim qüvvələri hadisə zamanı fələstinlilərə atəş açıb.

Bu əməliyyatda ölüm faktı barədə heç bir məlumat verilməyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur