Angela Merkel serial qəhrəmanı oldu – FOTO

Almaniyada keçmiş kansler Angela Merkelin təqaüddəki həyatından bəhs edən “Miss Merkel” adlı serial yayımlanıb.

Film ölkədə böyük maraqla qarşılanıb.

Süjetə görə, keçmiş Almaniya kansleri təqaüdə çıxdıqdan sonra öz mops cinsli iti ilə birlikdə cinayətləri araşdırır. Baş rolu alman aktrisa Katarina Talbax ifa edir. Layihənin özü David Safyenin eyniadlı kitab seriyası əsasında çəkilib.

“Miss Merkel” sosial şəbəkələrdə də böyük müzakirələrə səbəb olub. İstifadəçilər serialı izlərkən qarışıq hisslər keçirdiklərini vurğulayıblar.

“Bizə daha az bioqrafik filmlər və daha çox belə əsərlər lazımdır… Bu, televiziya tarixinin ən böyük şousu ola bilər”, – deyə istifadəçilər yazıblar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi