Anasını karyerası bahasına xilas etdi – FOTO

Xorvatiyanın “Tsibaliya” klubunun hücumçusu Robert Periç-Komşiç anası Liliananın həyatını xilas etmək üçün futbola ara verməli olub.

23 yaşlı futbolçu ciyərlərinin 70 faizini anasına bağışlayıb.

Periç-Komşiç bu məqsədlə Türkiyənin İstanbul şəhərinə yollanaraq əməliyyat olunub. O, 13 ildir səhhətindəki problemlə mübarizə aparan Liliana üçün orqan transplantasiyası edib.

Bosniya və Herseqovinalı forvard bu addımı belə izah edib: “Anamın həyatı təhlükədə idi, ciyərinə su dolurdu. Digər variantların mümkünsüzlüyünü anladıqdan sonra əşyalarımı toplayaraq, İstanbula uçdum. Missiyam aydın idi: Anamı sağaltmaq. Qalan bütün şeylər mənim üçün ümumiyyətlə vacib deyildi”.

Orqan köçürməsi uğurla başa çatıb və Liliana həyatını bərpa edib. İndi Periç-Komşiç yenidən futbol barədə düşünür: “Anam mənə həyatını vermişdi. Mən də onun həyatını uzatdım. Özümü çox yaxşı hiss edirəm. Tam motivasiyalı, hər zamankından da əla əhval-ruhiyyədəyəm. Özümlə bağlı baş verənlər məni möhkəmlətdi. Ciyərim əməliyyatdan iki ay sonra, demək olar ki, tam bərpa olundu. Böyük zirvələrə hazıram və həftəsonu ilk dəqiqələrdən meydanda ola bilərəm”.

“Tsibaliya” klubu Xorvatiyanın II Liqasında çıxış edir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya