Ananın oğluna verdiyi qəddar cəza görənləri hiddətləndirdi – FOTO

Rusiyanın Yekaterinburq şəhərində ana öz oğlunu şaxtalı havada ayaqqabısız, təkcə corabda küçədə gəzməyə məcbur edib.

Bölgə sakinləri gördükləri mənzərədən hiddətləniblər. Ana ayağında ayaqqabısı olmayan uşağa -23 dərəcə şaxtada və küləkli havada iti gəzdirməsini əmr edib.

Hıçqıraraq ağlayan uşaq ona soyuq olduğunu və ayaqlarının donaraq qopacağını desə də, qadın buna məhəl qoymayıb. “Yox, sadəcə xəstələnəcəksən”, – deyə qadın oğluna əsəbiləşib.

Şahidlərin dediyinə görə, ana oğluna qarşı nalayiq sözlər işlədib və iti uzun müddət gəzdirdiyi üçün onu söyüb.

“İtin ayaqları donub! Onu sənə hədiyyə etdik ki, öldürəsən?” – deyə qadın qışqırıb.

Öz oğlunun sağlamlığı isə qadını qəti şəkildə narahat etməyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi