Ana oğlunun qaçırıldığı maşından yapışaraq kilometrlərlə yol getdi (Video izlə)

Türkiyənin Düzce vilayətində ata 14 yaşlı oğlunu maşınla qaçırmağa cəhd edib.

Həyat yoldaşından ayrılan kişi oğlu ilə görüşdükdən sonra onu maşına mindirib və uzaqlaşmaq istəyib.

Bu zaman uşağın anası keçmiş həyat yoldaşının avtomobilinin kapotundan yapışıb və oğlunu buraxmayıb. Qadın hərəkət edən maşının kapotu üzərində təxminən 40 kilometr yol qət edib.

Ananın bu təqibi polisin müdaxiləsi ilə başa çatıb.

Polis avtomobili saxlamağa nail olub. Maşın dayandığı zaman qadın yerə yıxılıb və xəsarət alıb.

Həmçinin atanın maşınla vurduğu məhəllə sakinlərindən biri də yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ata isə nəzarətə götürülüb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi