Ana-bala birləşib özlərinə meyit biznesi qurdular – FOTO

ABŞ-ın Kolorado ştatında dəfn şirkəti cəsədləri yandırmaq əvəzinə onları hissələrə bölüb və satıb.

Bu barədə yerli prokurorluqdan xəbər verilib.

Bildirilir ki, baş verənlərlə əlaqədar ştatın keçmiş dəfn direktoru Meqan Hessi həbsə məhkum olunub.

Qeyd edək ki, ABŞ-da transplantasiya üçün sənədsiz halda ürək, böyrək və vətərlər satıla bilməz. Bu səbəbdən Hess ancaq başlar, qollar və onurğa biznesi ilə məşğul olub (çünki bu bədən hissələri ilə bağlı ABŞ qanunlarında boşluqlar var).

Kremasiya xidmətlərinə görə qadın ailələrdən hər cəsəd üçün 1000 dollara qədər pul alıb,  mərhumun külü əvəzinə isə müxtəlif meyitlərin qalıqları ilə qarışdırılmış yanmış zibil verib.

Prokurorluğun məlumatına görə, Hess 200-dən çox ailəni aldadıb.

Məhkəmədə vəkili Hessin davranışının 18 yaşında aldığı travmatik beyin zədəsi ilə izah edilə biləcəyini və “sınmış insan” kimi psixoloji yardıma ehtiyacı olduğunu desə də, bu, hakimi qane etməyib.

Qadına 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bundan başqa, qızına biznesində kömək edən 69 yaşlı ana Şirli Kox 15 il həbs cəzası alıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi