Amerikanın Suriyadakı Tel Beyder düşərgəsinə yenidən hücum edildi

İnformasiya qaynaqları bu gün (18 noyabr) Amerikanın Suriyadakı Tel Beyder düşərgəsinə hücumda bir amerikalının yaralandığından xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livanın Əl Məyadin telekanalı məlumat verib: Suriyanın şərq bölgəsi Həsəkədə olan ABŞ Tel Beyder düşərgəsi PUA hücumlarına məruz qalıb və bir amerikalı yaralanıb.

Bu düşərgə dünən (17 noyabr) İraq Müqavimət Hərəkatının hücumu ilə qarşılaşmışdı.

İraq Müqavimət Hərəkatının bəyanatında deyilir: Amerikanın Əl Həsəkə şəhərinin qərbində yerləşən Tel Beyder düşərgəsinə 2 PUA vasitəsilə zərbələr endirdik. Sözsüz ki, tələfat verdilər.

Qeyd edək ki, Amerika 2007-ci ildə İŞİD və terrorizmlə mübarizə bəhanəsilə Suriya torpaqlarına daxil olub və İŞİD-ın məhvindən sonra hərbi qüvvələri radikal qrupların yerini əvəz edir və Suriyanın nef ehtiyatlarını sümürməklə məşğuldur.

Related posts

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq

National İnterest: İranın nüvə qüdrəti enilməzdir