Amerikanın İraqı işğalına qarşı ciddi mövqe sərgiləmək lazımdır

İslam İnqilabının Rəhbəri İraqın baş naziri ilə görüşündə Amerika işğalçı qüvvələrinin bu ölkədə mövcudluğunu qeyri-qanuni və İraq xalqı və hökumətinin mənafeyinə zidd adlandırıb və vurğulayıblar:
Dəlillər göstərir ki, amerikalılar İraqdakı mövcudluğunu sabitləşdirməyə və genişləndirməyə çalışırlar. Amerikanın bu işğalı qarşısında ciddi və möhkəm dayanılmalıdır.

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani ilə görüşündə Əs-Sudaninin rifah və təhlükəsizlik istiqamətində gördüyü yaxşı tədbirlərə görə minnətdarlığını bildirib.

O, İraq hökuməti və xalqı arasında yaxşı münasibətlərə toxunaraq, İraqın müxtəlif dinləri və etnikləri arasında birliyi çox zəruri və vacib hesab edib və cənab Əl-Sudaniyə deyib:
Qeyd etdiyiniz kimi, Haşd əş-Şaabi İraqda hakimiyyətin mühüm tərkib hissələrindən biridir və bu, əvvəlkindən daha çox gücləndirilməlidir.

İslam İnqilabının Rəhbəri Amerika işğalçı qüvvələrinin İraqda mövcudluğunu qeyri-qanuni və İraq xalqı və hökumətinin mənafeyinə zidd adlandırıb və vurğulayıblar:
Dəlillər göstərir ki, amerikalılar İraqda mövcudluğunu sabitləşdirməyə və genişləndirməyə çalışırlar. Bu işğalın qarşısında ciddi mövqe tutmaq lazımdır.
İslam İnqilabının Rəhbəri həmçinin regionda baş verən proseslərə, xüsusilə də Suriyadakı vəziyyətə işarə edərək, vurğulayıblar: Xarici hökumətlərin bu məsələlərdə rolu açıq-aşkar görünür.

Prezident Məsud Pezeşkianın da iştirak etdiyi bu görüşdə İraqın baş naziri Şia Əl-Sudani Tehranda apardığı danışıqlardan məmnunluğunu ifadə edərək, ümidvar olduğunu bildirib ki, Tehranda aparılan bu danışıqlar və razılaşmalar iki ölkə arasında əlaqələri daha da genişləndirəcək və dərinləşdirəcək.

Qafqaztimes

Al-alam

Related posts

Tramp Netanyahuya qarşı mənalı video yayımlayıb – video

İranlı həkimlər ilk dəfə ana bətnində olan dölün beynini əməliyyat ediblər – fotolar

İraqlı alim: Amerika ilə Qasim Süleymani strategiyası ilə mübarizə aparaq