ABŞ ordu başçısı Vaşinqtonun Rusiya-Çin müharibəsinə maraqlı olmadığını bəyan edərək yalnız bu iki ölkə arasındakı koalisiyaya mane olmaq istədiyini vurğulayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, general Mark Milley dünən axşam (31 mart) Rusiya-Çin koalisiyasının çox qorxulu təhlükələr yaradacağından ehtiyat etdiyini deyib.
General Milley bir qəzetə verdiyi müsahibədə deyib: Rusiya ilə Çinin bir-birinə yaxınllaşmaması üçün bizim geosiyasi bir plana ehtiyacımız var. Bu iki ölkə hələ hərbi ittifaq yaratmır. Amma belə bir ittifaq yaranarsa, Amerikanın gələcəyi təhlükəyə düşə bilər.
Milleyin sözlərinə görə 3 güclü ölkə arasında müharibə baş verərsə və bu 3 ölkədən ikisi Amerika əleyhinə olarsa, onda böyük faciə baş verər.