Amerikalılar Tel Əvivə hərbi yardımın dayandırılmasını tələb edir

Amerikanın 30 təşkilatı ABŞ dövlətindən Tel Əvivə hərbi yardımın dayandırılmasını tələb edib.

Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, dünya ölkələrində sionist rejimin Qəzzə əleyhinə müharibəsinin ədalətsiz olduğu göz qarşısındadır və Amerikanın 30 sosial təşkilatı da bu məsələyə reaksiya əlaməti olaraq dövlətin Tel Əvivə hərbi yardımlarının, o cümlədən 155 millimetrlik artilleriya mərmilərin verilməsini dayandırılmasını tələb edirlər.

Vaşinqton Post qəzeti dünən axşam (13 noyabr) yazır: Amerikanın 30 sosial təşkilatı prezident Co Baydenə məktub imzalayaraq faktiki olaraq İsrailə hərbi yardımlarını dayandırmasını tələb edərək Tel Əvivə Qəzzədə sivil insanların daha artıq əzabına səbəb olan 155 millimetrlik artilleriya silahlarının göndərilməməsi barədə xəbərdarlıq ediblər.

ABŞ hərbi-sənaye kompleksi ayda 15 min artilleriya mərmisi, NATO-nun bütün Avropa ölkələri isə eyni dövrdə 25 min 155 mm-lik mərmi istehsal edir və Pentaqon 2028-ci ilə qədər 155 mm-lik mərmi istehsalını 6 dəfə artırmağı planlaşdırır. 155 millimetrlik haubitsalarda istifadə olunan mərmiləri təxminən 40,5 kilometr uzaqlıqdakı düşmən hədəflərini dəqiq vurmağa imkan verir. Hər belə mərminin qiyməti təxminən 100 min dollardır.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir