Amerikalı sabiq futbolçu planşetə görə təyyarədə dava saldı (Video izlə)

Təyyarə sərnişini oturacağı altındakı elektrik yuvasının qırılması ilə bağlı qalmaqal yaradıb və asayişi pozduğuna görə həbs edilib.

Qeyd olunur ki, davakar Milli Futbol Liqasının (Amerika futbol turniri, NFL) keçmiş ulduzu Adam Cons olub. O, planşetini enerji ilə yükləmək və oyunların yazılarına baxmaq istədiyini bildirib. Stüardessalar onun yerini dəyişməkdən imtina etdikdə, futbolçu onlarla mübahisə edib, lakin heç nəyə nail ola bilməyib. Onun davranışı təyyarə reysinin ləngiməsinə səbəb olub.

Cons hələ təyyarədə olarkən yanındakı sərnişinlərlə mübahisə edib. Onlar da öz növbəsində onu terrorda ittiham ediblər. İdmançını təyyarədə qarşılayan polis xuliqanlıq etdiyinə görə onu həbs edib.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)