Amerikada polis nəhəng timsahı “həbs etdi” (Video izlə)

ABŞ-ın Florida ştatında tez-tez rast gəlinən timsah görüntülərinə yenisi əlavə edilib.

Belə ki, polis bölməsinə küçədə timsahın gəzdiyi barədə məlumat daxil olub. Hadisə yerinə gedən polisin təxminən 3 metr uzunluğunda olan timsahı tutduğu anlar kameralara əks olunub.

Timsahın əvvəlcə ağzı və üzü bağlanıb, sonra isə yaxalanıb. Timsah təhlükəsiz yerə aparılması üçün Florida Vəhşi Təbiət Komissiyasına təhvil verilib.

Videogörüntülər bəzi ABŞ KİV-ində “Polis timsahı həbs etdi” başlığı ilə paylaşılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi