Amerikada neft çatışmazlığı

QafqazTimes.com İZ.ru-ya istinadən xəbər verir: ABŞ prezidenti Co Bayden strateji neft ehtiyatından 50 mln barrel neft buraxılmasını göstəriş verib. Son aylar ABŞ-da neft çatışmazlığı yaşanır və səbəb OPEK-in tələb edilən həddə neft verməməsidir. Bayden OPEK-ə müraciət etsə də, müsbət cavab almayıb. Hazırda 50 mln barrel neftlə ehityac nə zamana qədər təmin ediləcək, məlum deyil. OPEK isə neft təminatını dekabrda gündə 400 min barrelə çatdırmağı planlaşdırır. ABŞ, Hindistan, Yaponiya kimi əsas neft müştəriləri OPEK-ə təsir göstərməyə çalışsalar da,  OPEK hələ ki susur. Hazırda Çin, Cənubi Koreya, Britaniya, Hindistan, Yaponiya da ehtiyat neftdən istifadə edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib