Amerika Yəmənlə əlaqəli şirkətlərə sanksiya qoydu

Amerika Yəmənlə əlaqəli şirkətlərə sanksiya qoydu

ABŞ dövlət departamenti Yəmən ordusu ilə əməkdaşlıq edən şirkətlərə sanksiya qoyub.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ Dövlət Departamenti bu gün (17 oktyabr) elan edib: Yəmənin Ənsarullah Hərəkatı ilə əlaqəli olan 10 şirkətlə yanaşı bir neçə şəxs və gəmiyə embarqo tətbiq ediləcək.

Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Əl Cəmal şəbəkəsi Yəmən silahlı qüvvələrinə maddi yardımlar göstərdiyi üçün Amerika da əlində olan ixtiyarlara əsaslanaraq bunun qarşısını almağa çalışır.

Miller həmçinin iddia edib: Bu bizim Əl Cəmal şəbəkəsinə qarşı 11-ci sanksiyamızdır və qanunsuz yollarla qazanılmış gəlirlərin kökünü kəsməyənə qədər sanksiyalarımız davam edəcək.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib