Amerika və Britaniyanın Yəmənin paytaxtına hava hücumu / Yəmən mənbəsi: Cavabımız yoldadır

Amerika və Britaniya qırıcılarının sionist rejimi qorumaq üçün Yəmənin paytaxtı Sənaya hücumlarından sonra yəmənli mənbələr təcavüzkarların hücumlarının əvəzini ödəyəcəklərini və cavabın yolda olduğunu qeyd ediblər.

Yəmənin rəsmi xəbər agentliyi (Səba) Amerika və İngiltərə təcavüzkar qırıcılarının Yəmənin paytaxtı Sənanın bölgələrini üç dəfə bombaladığını açıqlayıb.

Bu hadisədən sonra Yəmən hakimiyyəti ABŞ və İngiltərənin təcavüzkar hücumlarına reaksiya verib.

Yəmənin Ənsarullah İnformasiya Şurasının sədr müavini Nəsrəddin Amer deyib: Amerika təcavüzkar hücumlarının əvəzini ödəyəcək.

O deyib: Qəzza və Livana dəstək verməkdə qəti mövqeyimizdə dayanmışıq.

Ənsarullahın siyasi ofisinin üzvü Əli əl-Kəhhum da deyib: Yəmənə təcavüzkar hücumlar İsraili qorumaq və Yəməni Qəzza və Livana dəstək verməkdən çəkindirmək üçün uğursuz cəhddir.

O əlavə etdi: Biz amerikalılara və ingilislərə deyirik ki, bizim imkanlarımız gündən-günə artır və cavabımız yoldadır.

Ənsarullah Yəmənin siyasi ofisinin üzvü daha sonra deyib: Düşmən öz təcavüzkar hücumlarından sonra bizim ağır hücumlarımıza dözməli olacaq.

Qafqaztimes

Al-alam

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)