Təsnim İnformasiya Agentliyinin verdiyi məlumata görə, insident ABŞ-ın Missisipi ştatındakı İndiyanola adlı kiçik bir şəhərində baş verib.
Məlumata görə 11 yaşlı qaradərili uşaq dünən (26 may) ailə münaqişəsi zəminində anasının istəyi ilə polisə zəng vurub və kömək istəyib. Polis hadisə yerinə gələrək uşağa güllə atıb və yaralayıb.
Zərər çəkən ailənin vəkili Karlos Mur uşağın ölümdən xilas olduğunu vurğulayaraq deyib ki, fiziki vəziyyəti normal olsa da xəstə psixoloji cəhətdən sarsıntı keçirdiyi üçün hələ xəstəxanada qalması lazımdır.
11 yaşlı bu uşaq ağ ciyərindən, qabırğa və qara ciyərindən xəsarət görüb.