Amerika İraqdan Suriyaya silah göndərdi

Son günlər ABŞ hərbi qüvvələri mövqelərini gücləndirmək məqsədilə İraqdakı düşərgələrindən Suriyaya silah göndəriblər.

Fars İnformasiya Agentliyinin bu günkü (29 iyul) məlumatına əsasən, Amerika Suriyanın şərq və şimal-şərq düşərgələrində gücləndirmə işləri ilə məşğuldur.

Məlumata görə ABŞ bayrağı olan 30 zirehli maşınla müşayiət olunan silah dolu yüklər “Qəsəd Suriya Demokratik Qüvvələri” adlı kürdlər tərəfindən qorunaraq Suriya torpaqlarına daxil olub.

Yerli qaynaqların məlumatına görə hərbi karvan Həsəkə şəhərinin cənubundakı Şəddadi şəhərində yükləri boşaldaraq Əl Xərafi yolu ilə Həsəkəyə gediblər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib